​SOCAR-ın təlim məkrəzlərinə şagird qəbulu üzrə imtahanlar başlayıb

​SOCAR-ın təlim məkrəzlərinə şagird qəbulu üzrə imtahanlar başlayıb 2016-2017-ci tədris ili üçün 159 nəfərin qəbul edilməsi planlaşdırılır
Energetika
27 İyul , 2016 19:34
​SOCAR-ın təlim məkrəzlərinə şagird qəbulu üzrə imtahanlar başlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə (KHTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) şagird qəbulu üzrə müsabiqənin 3-cü turu çərçivəsində test imtahanlarına start verilib. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, KHTM və QRTM-ə avtomobil təmiri çilingəri, defektoskopçu, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, plastmas qaynaqçısı, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz qaynaqçısı, qazla kəsən, təmirçi çilingər peşələri üzrə sənəd qəbulu iyulun 1-də başlanılıb, müraciət etmiş 1 253 iddiaçıdan 1 129 nəfəri müsabiqənin ikinci mərhələsinə buraxılıb, onlardan 575 nəfəri isə test imtahanında iştirak etmək hüququ qazanıb. Müsabiqə nəticəsində təhsil almaq hüququ əldə edəcək namizədlərin 1 il (bəzi ixtisaslar üzrə 6 ay) ərzində müvafiq peşə üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi nəzərdə tutulub.

Qeyd olunur ki, 2016-2017-ci tədris ili üçün KHTM və QRTM-yə 159 nəfərin qəbul edilməsi planlaşdırılır. Test imtahanları iyulun 29-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi