SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları “YAŞAT” fonduna ianə ediblər

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları “YAŞAT” fonduna ianə ediblər İdarənin əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində, 69 983 manat vəsait köçürüb
Energetika
18 Yanvar , 2021 18:00
SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları “YAŞAT” fonduna ianə ediblər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı, ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir.

SOCAR-dan “Report"a verilən məlumata görə, şirkətin strukturuna daxil olan digər müəssisələr kimi SOCAR-ın Təhlükəsizlik İdarəsi də ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olub.

İdarə əməkdaşlarının və Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna İdarənin əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində, 69 983 manat vəsait köçürüb.

2020-ci ildə COVID-19-la mübarizə tədbirləri çərçivəsində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhlükəsizlik İdarəsinin işçiləri tərəfindən 15 672 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 40 650 manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Təhlükəsizlik İdarəsinin 56 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak ediblər. Onlardan 3 nəfər şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər isə qazi olub.

Son xəbərlər

Orphus sistemi