SOCAR-ın Sumqayıt Təlim-Tədris Mərkəzinə sənəd qəbulu başlayıb

SOCAR-ın Sumqayıt Təlim-Tədris Mərkəzinə sənəd qəbulu başlayıb Bakı.25 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə “aparatçı”, “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik”, “kimyəvi analiz laborantı”, “kompressor qurğularının maşinisti”, “təmirçiçilingər”, “avtoyükləyici maşinist” və “NÖC və avtomatika” peşələri üzrə sənəd qəbulu elan edilib.
Energetika
25 May , 2018 17:11
SOCAR-ın Sumqayıt Təlim-Tədris Mərkəzinə sənəd qəbulu başlayıb
0 : 00
0 : 00

Bakı.25 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə “aparatçı”, “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik”, “kimyəvi analiz laborantı”, “kompressor qurğularının maşinisti”, “təmirçiçilingər”, “avtoyükləyici maşinist” və “NÖC və avtomatika” peşələri üzrə sənəd qəbulu elan edilib.

"Report" xəbər verir ki, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər.

Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının''Karyera'' bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyunun 4-dək qəbul ediləcək. Qəbul haqqında suallara [email protected] elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.

Son xəbərlər

Orphus sistemi