Yuxarı
    Bağlamaq

    SOCAR-ın ​Rumıniyada keçirdiyi kampaniyanın ilk mərhələsi başa çatıb

    Mərasimdə nümayəndəliyin və SOCAR Petroleum SAnın əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak ediblər

    Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin təşkil etdiyi “Sənin xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır” kampaniyasının birinci mərhələsinin qalibləri müəyyən edilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Nümayəndəliyin baş ofisində keçirilən mərasimdə nümayəndəliyin və "SOCAR Petroleum SA"nın əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

    15 iyul - 16 avqust tarixlərini əhatə edən ilk mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 32 yanacaqdoldurma məntəqəsində 50 ley (13 AZN) məbləğində yanacaq və məhsul alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb. İlk mərhələdə beş nəfər qalib gəlib və onlar Türkiyəyə 2 nəfərlik səyahət paketi qazanıblar.

    Kampaniyanın ikinci mərhələsinə sentyabrın 23-də yekun vurulacaq. Bu mərhələnin qalibləri Dominikan Respublikasına 2 nəfərlik 1 səyahət paketi və Misirə 2 nəfərlik 4 səyahət paketi əldə edəcəklər.

    Xatırladaq ki, “Sənin xəyal etdiyin səyahətə gedən yol SOCAR-dan başlayır” kampaniyası sentyabrın 15-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi