SOCAR-ın Rumıniyada keçirdiyi kampaniya başa çatıb

SOCAR-ın Rumıniyada keçirdiyi kampaniya başa çatıb İlk mərhələdə 32 qalib 200 leilik (89 AZN) yanacaq kartı udub
Energetika
23 Yanvar , 2017 18:00
SOCAR-ın Rumıniyada keçirdiyi kampaniya başa çatıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının 2-ci və 3-cü mərhələləri başa çatıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında yanacaq alan müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanıblar.

Kampaniyanın 2-ci mərhələsində 32 ədəd 200 leilik (89 AZN), 3-cü mərhələsində isə əsas uduş - 1 ədəd 1000 leilik (450 AZN) yanacaq kartları sahiblərini tapıb. İlk mərhələdə 32 qalib 200 leilik (89 AZN) yanacaq kartı udub.

Qeyd edək ki, “Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci i ltarixlərini əhatə etməklə 3 mərhələdə keçirilib.

Son xəbərlər

Orphus sistemi