Yuxarı

​SOCAR-ın Regional Təlim Mərkəzində Aberdin Qazma Məktəbinin nümayəndəsi ilə görüş keçirilib

Görüşdə kadr hazırlığı proqramlarına toxunulub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Şotlandiyanın Aberdin Qazma Məktəbinin Biznesin inkişafı üzrə meneceri Tom Donnelli ilə görüş keçirilib.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə kadr hazırlığı proqramına toxunulub.

Ötən il ərzində daxili resurslar hesabına əldə edilən dinləyici qəbulu, mütərəqqi metodlar və QRTM-nin qarşısında duran vəzifələr qeyd olunub, habelə BP, BosShelf, Total və digər şirkətlərlə işgüzar əlaqələr barədə məlumat verilib.

Təlim mərkəzinin sinif otaqlarında, laboratoriyalarında və emalatxanalarında qurulan simulyatorların iş prinsipləri, mövcud standartlar, əyani vəsaitlər, qaynaq sexində yerinə yetirilən işlər, əməyin təhlükəsizliyi rejimi, istifadə olunan avadanlıqlar və materiallar diqqətə çatdırılıb.

Tom Donnelli Aberdin Qazma Məktəbi haqqında məlumat verib, təmsil etdiyi qurumun 1998-ci ildən etibarən Azərbaycanın neft-qaz sektorunda mühüm rol oynadığını bildirib. O, quyuların nəzarət-idarəetmə sistemləri, dərinsulu quyu mühəndisliyi, qazma texnologiyası, qoruyucu kəmərin layihələndirilməsi, buruqda çalışan heyətin peşə hazırlığı, quyuların yoxlanılması və sertifikatlaşdırılması, optimallaşdırılmış qazma praktikaları və digər sahələrdə müxtəlif kursları diqqətə çatdırıb. Aberdin Qazma Məktəbinin nümayəndəsi təcrübə mübadiləsi baxımından TTSİ ilə işgüzar əlaqələrin əhəmiyyətli olduğunu qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi