Almaniyanın nanotexnologiyalar üzrə 60-dan çox nüfuzlu mərkəz və təşkilatların nümayəndələrinin iştirak etdiyi sərgidə SOCAR-a xüsusi guşə ayrılıb, stenddə nümayiş olunan innovasiyalar iştirakçıların marağını cəlb edildiyi deyilir. Şimali Reyn Vestfaliya vilayətinin innovasiya, elm və tədqiqat naziri xanım Svenya Şultse və digər nüfuzlu iştirakçılar SOCAR-ın stendi ilə tanış olub, Azərbaycan nanotexnologiyasının ən son nəticələrinin tədqiqi, tətbiqi və alınmış effekt barədə nümayəndə heyəti tərəfindən məlumatlandırılıb. Səfər zamanı Aaxen Universiteti ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında nanotexnologiyaların perspektiv işlənməsi və gələcək əməkdaşlıq barədə razılıq əldə olunub.
Qeyd edək ki, SOCAR nümayəndələri nanotexnologiyalar üzrə iri şirkətlərin təmsilçiləri ilə də bir sıra işgüzar görüşlər keçirib.