SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb

SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədəki aktivlərindən 6,311 milyard manat gəlir əldə edib.
Energetika
100
1 İyul , 2021 16:16
SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədəki aktivlərindən 6,311 milyard manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin ötən il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə SOCAR-ın İsveçrədə 30,478 milyard manat, Türkiyədə 7,618 milyard manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2,223 milyard manat, Gürcüstanda 1,045 milyard manat, digər ölkələrdə isə 1,932 milyard manat gəliri olub.

İl ərzində şirkətin Azərbaycandakı gəlirləri 2,7%, BƏƏ-dəki gəlirləri 29,1%, digər ölkələrdəki gəlirləri 20,7% artıb, əvəzində İsveçrədəki gəlirləri 2,1 dəfə, Türkiyədəki gəlirləri 18,7%, Gürcüstandakı gəlirləri 10,8% azalıb.

Son xəbərlər

Orphus sistemi