Yuxarı

​SOCAR-ın mərkəzlərində yekun buraxılış imtahanları keçirilib

117 nəfər imtahan verib

Bakı. 5 avqust. REPORT.AZ/  SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində avqustun 4-də altı ixtisas üzrə, avqustun 5-də isə Kadr hazırlığının təşkili Mərkəzində iki ixtisas üzrə yekun buraxılış imtahanları keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib, gənclərə uğurlar arzulayıb. 

TTSİ və İnsan Resursları Departamentindən, eləcə də şagirdlərin istehsalat təcrübəsində olduqları müəssisələrdən dəvət olunmuş nümayəndələrin iştirakı ilə keçirilən imtahanlar zamanı sənaye müəssisələri üçün mühüm peşələrdən olan 8 ixtisas və 10 qrup üzrə təhsil almış 117 gənc imtahan komissiyası qarşısında praktiki bacarıqlarını nümayiş etdirib.

Qeyd edək ki, ötən il keçirilmiş qəbul imtahanlarında uğur əldə etmiş 28 nəfər KHTM-də 2 qrupda - “Qaz qaynaqçısı” və “Çilingər santexnik” ixtisasları üzrə, 89 nəfər isə QRTM-də 8 qrupda -“Əl ilə qaynaqda elektrik qaynaqçısı”, “Karotaj stansiyasının maşinisti”, “Polad dəmir kostruksiyaların quraşdırılması üzrə quraşdırıcı”, “Qazma qurğusunun maşinisti”, “Təmirçi çilingər” və “Texnoloji qurğuların operatoru” ixtisasları üzrə nəzəri və praktiki dərslərə cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi