Yuxarı
    Bağlamaq

    SOCAR-ın idarə və müəssisələrində yaz iməcilikləri keçirilib

    Ümumilikdə 1 050 ağac əkilib

    Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bir sıra idarə və müəssisələrində növbəti şənbə iməciliyi keçirilib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində - birliyin idarəetmə aparatında, Etilen-polietilen zavodunda, təmir-tikinti idarəsində ümumilikdə 300 əməkdaşın iştirak etdiyi iməciliyə “Azəriqaz” İstehsalat Birliyinin 50 əməkdaşı da qatılıb. İməcilikdə Etilen-polietilen zavodunun keçmiş suötürmə məntəqəsinin bioremediasiya üsulu ilə təmizlənmiş 2 hektarlıq ərazisində 500 ədəd müxtəlif növ ağac əkilib. Etilen-polietilen zavodunun bütün istehsalat sahələrinin ərazilərində, S.Vurğun küçəsində, həmçinin təmir tikinti idarəsinin daxili ərazilərində və idarənin qarşısındakı yaşıllıq zolağında əvvəllər əkilmiş ağacların dibləri bellənib, onlara aqrotexniki qulluq göstərilib, sahələr alaq otlarından təmizlənib.

    Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun da yaşıllıq sahələrində keçirilən iməcilikdə 300 ədəd zeytun ağacı əkilib, 5 min ağaca aqrotexniki qaydada qulluq edilib. Magistral yolun kənarları alaq otlarından təmizlənib, ötən il əkilən ağacların dibi bellənərək gövdəsi əhəng məhlulu ilə ağardılıb.

    Şirkətin ekologiya idarəsinin 60 nəfər əməkdaşının iştirakı ilə Eko-parkda keçirilən iməcilik zamanı 250 ədəd zeytun ağacı əkilib. Əkilmiş ağacların dibləri konusvari bellənib, suvarma işləri aparılıb, sahələr alaq otlarından təmizlənib.

    "SOCAR-ın idarə və müəssisələrinin kollektivi şənbə iməciliklərini yaz mövsümünün sonunadək davam etdirəcəklər", - deyə şirkətdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi