SOCAR-ın idarə və müəssisələrində anım mərasimi keçirilib

SOCAR-ın idarə və müəssisələrində anım mərasimi keçirilib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib
Energetika
27 Sentyabr , 2021 14:49
SOCAR-ın idarə və müəssisələrində anım mərasimi keçirilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, mərasimlərdə Azərbaycanın azadlığı uğrunda şəhid olmuş övladlarımızın və o cümlədən həmkarlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

Bundan başqa SOCAR əməkdaşları təşkil olunan anım tədbirləri çərçivəsində şəhidlərin məzarlarını ziyarət edib, kollektivlər adından şəhidlərin məzarları üzərinə tər çiçəklər düzmüş və əklillər qoyublar. Tədbirdə çıxış edənlər əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söhbət açmış, şəhidlərin ruhuna dualar oxuyublar.

SOCAR əməkdaşları Vətən müharibəsi dövründə Milli Ordumuzun zəfər yürüşünə layiqli töhfələr veriblər. Şirkətin 500-ə yaxın əməkdaşı könüllü olaraq cəbhəyə yollanıb, döyüşlərdə iştirak edib. Hərbi əməliyyatlar zamanı şirkətin 22 əməkdaşı yaralanıb müxtəlif dərəcəli xəsarətlər alıb, 6 neftçi isə canını Vətən uğrunda qurban verərək şəhidlik zirvəsinə yüksəlib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixində verdiyi Sərəncama əsasən hər il sentyabr ayının 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi