​SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır

​SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır Həmçinin “Su təsərrüfatı pasportunun” hazırlanması işləri davam etdirilir
Energetika
25 Avqust , 2015 12:50
​SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsində fəaliyyət göstərən “Ekoloji normativ sənədlərin hazırlanması” qrupu tərəfindən 2015-ci ilin yanvar-avqust ayları ərzində şirkətin istehsalat birlikləri və müxtəlif təyinatlı müəssisələri üçün 18 ekoloji normativ sənəd hazırlanıb. Hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış “Metodiki göstərişlər” və QOST 17.00.04 90 normativ sənədlərin tələblərinə uyğun hazırlanmış ekoloji sənədlər razılaşdırmaq üçün Dövlət Ekspertiza İdarəsinə təqdim edilib. Hazırda ekoloji normativ sənədlərin və “Su təsərrüfatı pasportunun” hazırlanması işləri davam etdirildiyi deyilir.

Son xəbərlər

Orphus sistemi