SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi Tbilisidə AXC yaradıcılarının məzarlarını ziyarət edib

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi Tbilisidə AXC yaradıcılarının məzarlarını ziyarət edib Tbilisi. 28 may. REPORT.AZ/ SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və şirkətin əməkdaşları mayın 28-də Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarının məzarlarını ziyarət ediblər.
Energetika
28 May , 2018 15:00
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi Tbilisidə AXC yaradıcılarının məzarlarını ziyarət edib

Tbilisi. 28 may. REPORT.AZ/ SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və şirkətin əməkdaşları mayın 28-də Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarının məzarlarını ziyarət ediblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, M.Məmmədov ilk olaraq üzərində ay ulduzu olan və Azərbaycan Cümhuriyyəti XIX-XX əsr yazılmış abidənin önünə gül dəstələri düzüb.

Sonra M.Məmmədov və şirkətin əməkdaşları məzarlıqda Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin ilk sədr müavini Həsən bəy Ağayev, fərqli vaxtlarda AXC-nin daxili işlər (28 may 1918-ci il - 6 oktyabr 1918-ci il), maliyyə (1918-ci il) və xarici işlər naziri olmuş Məmmədhəsən Hacınskinin məzarları önünə əklil qoyub, gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri və əməkdaşları böyük mütəfəkkirlər Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və digərlərinin məzarlarını da ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi