SOCAR-ın ​Ekologiya İdarəsində "Technip" şirkətinin nümayəndələri ilə görüş keçirilib

SOCAR-ın ​Ekologiya İdarəsində "Technip" şirkətinin nümayəndələri ilə görüş keçirilib Görüşdə "EP-300" qurğusunda yenidənqurma və modernizasiya layihəsi üzrə hazırlanan ƏMTQ sənədi müzakirə olunub
Energetika
1 İyul , 2016 16:37
SOCAR-ın ​Ekologiya İdarəsində Technip şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsində “Technip” şirkətinin nümayəndələri ilə keçirilmiş görüşdə İdarə tərəfindən “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodundakı “EP-300” qurğusunda yenidənqurma və modernizasiya layihəsi üzrə hazırlanan Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi müzakirə olunub. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Layihə çərçivəsində zavodda müasir standartlara cavab verən məhsul istehsalı sahələrinin yaradılması, mövcud istehsalat sahələrinin rekonstruksiyasının həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Məlumata görə, ƏMTQ sənədi hazırlanarkən işçi qrup qurğu ərazisində mövcud ekoloji vəziyyəti öyrənmək üçün çöl tədqiqatları, instrumental ölçmə və analitik tədqiqat işləri aparmış, ətraf mühitin keyfiyyət göstəricilərinin illər üzrə dəyişmə dinamikasının tədqiqi üçün biblioqrafik məlumatlar toplayıb, potensial təsirləri müəyyənləşdirərək qiymətləndirmək məqsədi ilə layihələndirilən qurğu və avadanlıqların texniki göstəricilərini analiz edib.

Mütəxəssislər arasında ƏMTQ sənədində tətbiq olunan ekoloji standartlar, layihə üzrə yerli və beynəlxalq ekoloji standartların tətbiqi imkanları, eləcə də layihələndirilən qurğular üzrə atılmaların limit göstəriciləri barədə ətraflı fikir mübadiləsi aparılıb, “Technip” şirkətinin nümayəndələrinin sualları cavablandırılmıb, layihə üzrə belə görüşlərin bundan sonra da keçirilməsi məqsəduyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi