SOCAR-ın Ekologiya İdarəsində seminar keçirilib

SOCAR-ın Ekologiya İdarəsində seminar keçirilib Seminar “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə Fəaliyyət Planı”nın icrası ilə bağlı olub
Energetika
17 Mart , 2017 17:47
SOCAR-ın Ekologiya İdarəsində seminar keçirilib
socar.az

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün SOCAR-ın struktur bölmələri, əməliyyat şirkətləri və birgə müəssisələrində “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə Fəaliyyət Planı”nın icrasına dair treninq-seminar keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, energetika və ekologiya sahəsində çalışan mütəxəssislər iştirak edib. Tədbirdə SOCAR-da təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar, BMT-nin “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası, davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri, elektrik avadanlıqlarında aşkar olunan polixlorbifenil maddələrin idarə olunması haqqında seminar iştirakçılarına məlumat verilib, ETSN və AMEA nümayəndələrinin, SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin hazırladıqları prezentasiyalar təqdim edilib. Seminarın sonunda Fəaliyyət Planının icrası istiqamətində görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi