Yuxarı

​SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb

Qeydiyyat prosesi fevralın 23-də davam edəcək

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Daxili Təqaüd Proqramına sənəd qəbuluna başlanılıb. SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqə 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrinin müvafiq ixtisaslar üzrə əyani və qiyabi şöbələrində təhsil alan tələbələr arasında keçirilir.

Proqrama müraciət etmək istəyən tələbələrin qiymətləri yalnız rəsmi transkript əsasında qəbul olunur. Qurum elan edir ki, qiymət kitabçası nəzərə alınmayacaq.

Xatırladaq ki, qeydiyyat tarixi fevralın 23-də bitəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi