Yuxarı

​SOCAR Beynəlxalq Bankdan kreditin ilk tranşını alıb

İlk tranşın məbləği 189 mln. manat təşkil edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankından (ABB) 1,860 mlrd. manat məbləğində götürəcəyi kreditin ilk tranşı həyata keçirilib. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımov qeyd edib ki, yenidənqurma işləri üçün nəzərdə tutulan  ilk tranşın məbləği 69 mln. manat təşkil edib: "Bu məbləğ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması üçün istifadə olunacaq. Ümumilikdə isə, yenidənqurma üçün 1,290 mlrd. manat məbləğində kredit cəlb ediləcək".

S.Qasımovun sözlərinə görə, "Bulla-dəniz", "Günəşli" yataqlarında neft-qaz quyularının qazılması üçün 600 mln. manat məbləğində kredit nəzərdə tutulur. O qeyd edib ki, ilkin tranş 200 mln. manat həcmindədir və bu yaxınlarda 120 mln. manat cəlb edib.

Qeyd edək ki, SOCAR-ın ABB-dən kredit cəlb etməsi üçün Nazirlər Kabinetinin sərəncamı var, Maliyyə Nazirliyi də dövlət zəmanətçisi kimi çıxış edir. Qazma ilə bağlı kreditin qaytarılma mənbəyi hasil olunan məhsulun satışından, yenidənqurma üçün götürülən məbləğin qaytarılması isə 10 il müddətinə dövlət büdcəsindən bərabər hissələrlə SOCAR-ın nizamnamə kapitalına ayırmalar hesabına həyata keçiriləcək. Kredit uzunmüddətlidir. Yenidənqurma üçün ayrılan kredit ilk 3 ili güzəştli olmaqla 10 il müddətində, neft-qaz hasilatı ilə bağlı isə 5-6 il müddətində ayrılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi