SOCAR-ın 7 ölkədə 570-dən çox YDM-i fəaliyyət göstərir
- 12 aprel, 2022
- 08:27
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq bazarlarda Azərbaycan neftinin və neft məhsullarının satışı ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də həyata keçirərək öz biznes portfelini şaxələndirir.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu gün SOCAR Azərbaycana qonşu olan dövlətlərlə yanaşı, Avropa yanacaqdoldurma məntəqələri (YDM) bazarında da fəaliyyətini genişlənməkdədir.
Hazırda Azərbaycanda 42 ədəd “SOCAR” brendi ilə YDM fəaliyyət göstərir. Gürcüstanda bu adda YDM-lərin sayı 108-ə çatıb. Qonşu ölkədə SOCAR-ın 13 xidmət mərkəzi və 3 neft terminalı mövcuddur.
Bundan başqa, SOCAR-ın Türkiyədə 14 ədəd yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Rumıniyada bu brend altında 67 sayda “Premium” YDM-lər var.
Həmçinin, hazırda SOCAR-ın Ukraynada 59 ədəd YDM-i və 2 elektrik yükləmə məntəqəsi mövcuddur.
Avropa ölkələrinə gəldikdə, hazırda İsveçrədə SOCAR-ın 200 YDM-i, 8 elektrik yükləmə məntəqəsi fəaliyyət göstərir.
Avstriyada isə SOCAR-ın 82 ədəd A1 brendli YDM və “Pronto Oil” treydinq şirkəti fəaliyyət göstətir.
Qeyd edək ki, bununla da hazırda 7 ölkədə SOCAR-ın 572 ədəd YDM-i fəaliyyət göstərir.