SOCAR iki ayda 1,2 mln. ton neft hasil edib

SOCAR iki ayda 1,2 mln. ton neft hasil edib Bu həcmin 576 min tonu fevral ayında hasil olunub
Energetika
14 Mart , 2017 17:53
SOCAR iki ayda 1,2 mln. ton neft hasil edib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-fevral ayları ərzində 1 221,3 min ton neft hasil edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 576,2 min tonu fevral ayında hasil olunub.

Yanvar-fevral ayları ərzində ölkə üzrə ümumi neft hasilatı 6 343,2 min ton təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR 7,5 mln. ton neft hasil edib. Ölkə üzrə hasilatın ümumi həcmi isə 41 mln. ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi