SOCAR I rübdə qazma işlərinin həcmini 35% artırıb

SOCAR I rübdə qazma işlərinin həcmini 35% artırıb Martda isə qazma işlərinin həcmi 78% artıb
Energetika
4 Aprel , 2017 12:09
SOCAR I rübdə qazma işlərinin həcmini 35% artırıb
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 17 029 metr qazma işi həyata keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 14 825 metri istismara, 2 204 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2017-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 35 613 metr qazma işi görülüb ki, bunun da 33 409 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Bu ilin mart ayı ərzində SOCAR-ın apardığı qazma işlərinin həcmi ötən ilin mart ayı ilə müqayisədə 78%, I rüb ərzində həyata keçirilən qazma işlərinin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 35% artıb.

Bu ilin mart ayında qazmadan alınmış 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi