SOCAR ​I rübdə ABƏŞ-dən 692 mln. kubmetr səmt qazı alıb

SOCAR ​I rübdə ABƏŞ-dən 692 mln. kubmetr səmt qazı alıb SOCAR-a verilən səmt qazının həcmi illik müqayisədə 42% azalıb
Energetika
24 May , 2016 13:47
SOCAR ​I rübdə ABƏŞ-dən 692 mln. kubmetr səmt qazı alıb

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,6 mln. kubmetr, ümumilkdə isə 692 mln. kubmetr səmt qazı verilib.

"Report" xəbər verir ki, bu barədə layihənin operatoru olan "BP-Azerbiajan" şirkətinin hesabatında qeyd olunub.

Hesabat rübündə SOCAR-a verilən səmt qazının həcmi ötən ilin analoji dövründən 42% azdır.

Qeyd olunub ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak payına malikdir.

Son xəbərlər

Orphus sistemi