SOCAR Gürcüstanda soydaşlarımız üçün daha bir bağça tikdirir

SOCAR Gürcüstanda soydaşlarımız üçün daha bir bağça tikdirir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.
Energetika
28 Sentyabr , 2021 12:54
SOCAR Gürcüstanda soydaşlarımız üçün daha bir bağça tikdirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün bağça binasının təməli qoyulub.

Mərasimində Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili, Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili, Saqareco meri vəzifəsinə namizəd Avtandil Qulikaşvili, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov iştirak ediblər.

Bildirilib ki, 22 000 nəfər əhalisi olan Yormuğanlı kəndində uşaq bağçasının tikintisini bütünlüklə “SOCAR Energy Georgia” həyata keçirəcək və xeyriyyə məqsədilə dövlətə təhvil verəcək. 160 yerlik uşaq bağçası beynəlxalq və Gürcüstanda müvafiq tikililər üçün müəyyən olunmuş standartlara uyğun inşa ediləcək.

Sentyabrın 18-də şirkətin Laqodexinin Qabal kəndində inşa etdirdiyi uşaq bağçasının açılışı olub. Müəssisə xeyriyyəçilik əsasında Gürcüstan dövlətinə təmənnasız təqdim olunub.

Son xəbərlər

Orphus sistemi