Yuxarı

SOCAR Gürcüstanda qazlaşdırma işlərini genişləndirib

Gürcüstanın daha bir neçə kəndi qazla təmin olunub

Bakı. 5 mart.REPORT.AZ/ Gürcüstanın Zemo və Kvemo Nikozi, Zemo Hviti və Erqneti kəndləri qazla təmin edilib. "Report"un Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təchizatına başlanılması münasibəti ilə keçirilən mərasimdə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxi Kaladze, Şida Kartli regionunun qubernatoru Zurab Rusişvili, Qori bələdiyyəsinin rəhbəri David Oniaşvili, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstan Qaz Nəqliyyatı Şirkətinin baş direktoru Mamuka Kobaxidze iştirak ediblər.

Energetika naziri və şirkət rəhbərləri Zemo Nikozi kəndinin mərkəzində rəmzi məşəli alovlandırıblar.

Kəndlərin qazla təchizatı üçün 24 km uzunluğunda orta təzyiqli kəmər çəkilib, hər bir kənddə paylayıcı şəbəkə yaradılıb. Nəticədə, 4 kənddə 1 051 ailə qazla təmin olunub, hər bir evdə sayğac quraşdırılıb. Qazlaşdırma işlərini Gürcüstan Qaz Nəqliyyatı Şirkəti həyata keçirib. “SOCAR Georgia Gas” şirkəti yeni abonentlərin paylayıcı şəbəkəyə qoşulması üçün montaj işlərini davam etdirir. Ötən ildən həyata keçirilən müvafiq dövlət proqramı çərçivəsində Qori bələdiyyəsində 33 kənd qazla təmin olunub. Layihəyə dövlət büdcəsindən 19 mln. lari ayrılıb. Qori, Kareli, Kaspi, Xaşuri və Zuqdidi bələdiyyələrində 58 kəndin qazla təchizatı üçün tikinti işləri davam edir. Tikinti işləri başa çatdıqdan sonra burada 13 min ailə qazla təmin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi