​SOCAR Gürcüstanda keçiriləcək daha bir tədbirin sponsoru olacaq

​SOCAR Gürcüstanda keçiriləcək daha bir tədbirin sponsoru olacaq Mükafatlandırma mərasimində illik büdcə ödənişləri 1 mln. laridən artıq olan şirkətlər iştirak edir
Energetika
24 Noyabr , 2015 11:18
​SOCAR Gürcüstanda keçiriləcək daha bir tədbirin sponsoru olacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Tbilisidə (Gürcüstan) XVI "Business Ratings Award Ceremony" keçiriləcək. "Report"un Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, tədbirin əsas sponsorlarından biri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə qurumu olan "SOCAR Energy Georgia" şirkəti olacaq.

Mükafatlandırma mərasimində Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər İdarəsi tərəfindən siyahısı təqdim edilən illik büdcə ödənişləri 1 mln. laridən artıq olan şirkətlər iştirak edir. Jurnalistlər, iqtisadçılar, ekspertlər, QHT nümayəndələri bu şirkətlər arasında 60 uğurlu şirkəti seçiblər və onlardan yalnız 30-u ən yaxşı biznes nominasiyası üzrə qalib olacaq.

Son xəbərlər

Orphus sistemi