SOCAR Gürcüstana qaz ixracını 50 %-dən çox artırıb

Energetika
  • 19 aprel, 2022
  • 11:42
SOCAR Gürcüstana qaz ixracını 50 %-dən çox artırıb

Bu iilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazara 4,1 milyon ton xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr təbii qaz ixrac edib.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2022-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri barədə açıqlamasında bildirilir.

Məlumata görə, SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin eyni dövrü ilə müqayisədə 50,6 % artıb.

SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində özünün və Azərbaycanın payına düşən nefti də ixrac edir. Ümumilikdə isə rüb ərzində ölkə üzrə 6,7 milyon tona yaxın neft, 5,9 milyard kubmetr qaz ixrac edilib.

Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 % artım qeydə alınıb.