SOCAR Gürcüstana digər mənbələrdən qazın idxalına etiraz etmir

SOCAR Gürcüstana digər mənbələrdən qazın idxalına etiraz etmir Rövnəq Abdullayev: "Gürcüstan bazarı açıq bazardır"
Energetika
29 Oktyabr , 2015 15:25
SOCAR Gürcüstana digər mənbələrdən qazın idxalına etiraz etmir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstan qaz bazarı açıq bazardır və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) burada digər mənbələrdən gətirilən alternativ qazın satılmasına etiraz etmir. "Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib:

"İş adamları Gürcüstana alternativ qaz gətirməyə çalışırlar. Bizim heç bir etirazımız yoxdur. Bura açıq bazardır və bu bazarda rəqabətqabiliyyətli qaz gətirib sata bilənlər iştirak edə bilərlər".

R.Abdullayev bildirib ki, gələn il Gürcüstana ötürülən Azərbaycan qazının həcmi builki səviyyədə qala bilər, lakin onun artırılması da mümkündür.

Son xəbərlər

Orphus sistemi