Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Günəşli" yatağında 5-ci dərin dəniz özülündən 216 nömrəli quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
Quyu Fasilə Lay Dəstəsindən, 3 084-3 067 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 85 ton neft və 11 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.