Yuxarı
    Bağlamaq

    "SOCAR Georgia Petroleum" Tbilisidə keçirilən sərgidə iştirak edir - FOTO

    Şirkət sərgiyə gələnlərə özünün güzəşt kartlarını verir

    Tbilisi. 30 noyabr. REPORT.AZ/ "SOCAR Georgia Petroleum" Tbilisidəki “Expo Georgia” sərgi mərkəzində keçirilən sərgidə təmsil olunur.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, şirkət sərgiyə gələnlərə özünün güzəşt kartlarını təqdim edir.

    Şirkətin əməkdaşı Lela Maxabaşvili “Report”a müsahibəsində deyib ki, müştərilərə təqdim olunan kartda güzəşt nəzərdə tutulub. Həftənin 1-5-ci günlərində SOCAR-ın yanacaqdoldurma məntəqələrində avtomobillərinə benzin, dizel və qaz yanacağı alan müştərilərə yanacağı hər litrri üçün 7 tetri, şənbə-bazar günlərində isə 12 tetri güzəşt olunacaq.

    Onu sözlərinə görə, sərgiyə gələnlər SOCAR-ın bu kampaniyasına böyük maraq göstərirlər.

    Sərgiyə gələn Tamaz Beridze isə deyir: “Bu gün yanacağın qiymətinin artdığı bir vaxtda SOCAR-ın belə bir güzəşt etməsi çox yaxşıdır. Hər gün avtomobilin üçün yanacaq alırsan. Həftənin iş günlərində SOCAR-ın yanacaqdoldurma məntəqələrindən aldığın yanacağın hər litrri üçün sənə 7 tetri güzəşt olunur. Şənbə-bazar günlərində isə 12 tetri. Başqa heç bir şirkətin yanacaqdoldurma məntəqəsində belə güzəşt yoxdur”.

    T.Beridze digər sürücülərin də belə bir kart əldə etmək istədiklərini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi