​SOCAR fevralda dövlət büdcəsinə 110 mln. manata qədər ödəniş edib

​SOCAR fevralda dövlət büdcəsinə 110 mln. manata qədər ödəniş edib Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64 808 000 manat, yaxud 37,45% azdır
Energetika
10 Mart , 2015 18:24
​SOCAR fevralda dövlət büdcəsinə 110 mln. manata qədər ödəniş edib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin fevral ayında dövlət büdcəsinə 108 milyon 227 min manat vəsait ödənilib. 

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 64 808 000 manat, yaxud 37,45% azdır.

2015-ci ilin yanvar-fevral aylarında büdcəyə 226 milyon 729 min manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 884 000 manat, yaxud 34,88% azdır.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 1,9 % çox olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 465 min manat təşkil edib və bu da öz növbəsində 1 355 000 manat, yaxud 5,46% azalıb.

Son xəbərlər

Orphus sistemi