Yuxarı
    Bağlamaq

    ​SOCAR fevralda 7 km qazma işi görüb

    İlin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib

    Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 6 990 metr qazma işi həyata keçirib. 

    SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6 647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub.

    Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla, ümumilikdə 2015-ci ilin yanvar-fevral aylarında SOCAR üzrə 14 155 metr qazma işi görülüb ki, bunun da 13 555 metri istismara, 600 metri isə kəşfiyyata aid olub.

    Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi