"SOCAR Energy Georgia" yüksək biznes reytinqinə malik şirkətlər sırasında yer alıb

"SOCAR Energy Georgia" yüksək biznes reytinqinə malik şirkətlər sırasında yer alıb Şirkət ən iri vergi ödəyicisi, ən böyük işəgötürən, yüksək keyfiyyət standartı, effektiv menecment nominasiyalarında qalib gəlib
Energetika
27 Noyabr , 2015 15:25
SOCAR Energy Georgia yüksək biznes reytinqinə malik şirkətlər sırasında yer alıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Gürcüstanda fəaliyyət göstərən şirkətlərin biznes reytinqi üzrə 16-cı ənənəvi mükafatlandırılma mərasimi keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Tbilisi meriyası, Gürcüstanın İqtisadiyyat, Maliyyə, Energetika nazirlikləri və digər hökumət təşkilatlarının dəstəyi, “Georgian Times” Media Holdinqinin və “Gorbi” ictimai rəy və marketinq tədqiqatları şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas sponsorlarından biri "SOCAR Energy Georgia" şirkəti olub.

Mərasimdə hökumət və işgüzar dairələrin nümayəndələri, yerli və xarici jurnalistlər iştirak ediblər. "SOCAR Energy Georgia" eyni zamanda qaliblər sırasında - reytinq cədvəlinin ilk onluğunda yer alıb. Şirkət ən böyük vergi ödəyicisi, ən böyük işəgötürən, yüksək keyfiyyət standartı, effektiv menecment nominasiyalarında qalib gəlib.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən şirkətlər arasında ilk biznes reytinqi 1995-ci ildə tərtib olunub. Layihənin məqsədi milli biznesin ən uğurlu istiqamətlərinin müəyyənləşdirilməsi, biznes, hökumət və ictimaiyyət arasında dialoqun dəstəklənməsi, Gürcüstan biznesinin yeni imicinin formalaşdırılması, perspektiv şirkətlərin üzə çıxarılması, beynəlxalq biznesin diqqətinin Gürcüstana cəlb olunmasıdır. Layihəyə əsasən, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ölkə büdcəsinə 1 mlrd. lari və daha çox vəsait köçürən şirkətlərin siyahısını “Georgian Times” və “Gorbi”yə təqdim edir. Ekspertlər, iqtisadi mövzularda yazan jurnalistlər, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri 60 ən uğurlu şirkəti müəyyənləşdirir, onların arasından seçilən 30 şirkətdən biri qalib elan olunur və Qran-pri ilə mükafatlandırılır. Digər şirkətlər müxtəlif nominasiyalarda diplomlarla təltif olunur. Nüfuzlu münsiflər heyəti şirkətləri istehsalçıların maraqlarının müdafiəsi, ictimai imic, effektiv menecment və marketinq, peşəkar komanda, investisiya cəlbediciliyi, xeyriyyəçilik, yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması, sabitlik, artım və digər meyarlar üzrə qiymətləndirir. 

Son xəbərlər

Orphus sistemi