SOCAR EMEA regionunda "SAP Quality Awards 2016" mükafatına layiq görülüb

SOCAR EMEA regionunda "SAP Quality Awards 2016" mükafatına layiq görülüb SOCAR "SAP HANA əsasında öncül texnologiyalar" kateqoriyasında gümüş medal əldə edib
Energetika
13 Aprel , 2017 16:39
SOCAR EMEA regionunda SAP Quality Awards 2016 mükafatına layiq görülüb
SAP

Bakı. 13 aprel. REPORT.AZ/ SAP şirkəti EMEA regionunda 250-dən çox layihənin qatıldığı "SAP Quality Awards 2016" mükafatının yekunlarını açıqlayıb.

"Report" SAP-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "SAP HANA əsasında qabaqcıl texnologiyalar" kateqoriyasında gümüş medal əldə edib.

Mütəxəssislər "SAP Upstream Operations Manager" platforması əsasında istehsalın idarə olunması üçün kompleks həllərin tətbiqi layihəsini təqdim edib. SOCAR-ın təcrübəsi göstərib ki, bu məhsulun texnologiyalarından və proseslərindən istifadə neft hasilatı zamanı itkini 80%-ə qədər azaldır. Yeni mərkəzləşdirilmiş sistem vasitəsilə şirkət hasilat barədə məlumatlar əldə etmək, hesabat və analitika aparmaq prosesinin sürət və şəffaflığını artırıb. Bu, SOCAR rəhbərliyinə dəqiq və operativ idarəetmə qərarları qəbul etməyə imkan verir.

Eyni zamanda, "Sberbank"ın layihəsi "Bisnesin transformasiyası" kateqoriyasında qalib olub.

Ənənəvi olaraq, müsabiqə iki mərhələdə keçirilib. Əvvəlcə ayrı-ayrı regionlar səviyyəsində qaliblər müəyyən edilib. "Sberbank" və SOCAR MDB ölkələrindən olan 18 iştirakçı layihə arasında öz kateqoriyalarında ən yaxşı olublar. Növbəti mərhələdə qızıl medal sahibləri EMEA makroregionu ölkələrinin qızıl medal sahibləri ilə regional mükafatlar uğrunda mübarizə aparıb.

Avropa, Yaxın Şərq və Afrika ölkələri arasında hər bir kateqoriya üzrə mükafatın qaliblərini IT-texnologiyalar sahəsində liderlərdən, analitiklərdən və "SAP Quality Awards" mükafatının keçmiş qaliblərindən ibarət münsiflər heyəti seçib.

"Sberbank" və SOCAR-ın layihələrinin peşəkarlıq və mütəxəssislər komandasının səyləri nəticəsində münsiflər heyətindən belə yüksək qiymət almasına sevinirik. Onların işi nəticəsində rəqəmsal transformasiya başlanılır, şirkətlər köhnə problemlərlə vidalaşaraq özlərinə yeni üfüqlər açır. MDB ölkələrindən olan şirkətlər birinci il deyil ki, "SAP Quality Awards" mükafatının qalibləri sırasında yer alır. Amma builki nailiyyətlər həqiqətən möhtəşəmdir", - SAP MDB-nin baş direktoru Pavel Qontarev bildirib.

"SAP Quality Awards" mükafatı ilə SAP-ın 10 keyfiyyət prinsipinə riayət edən, o cümlədən tətbiqin biznesin strateji məqsədlərinin həyata keçirilməsi üzrə işləməsinə və şirkətə maksimum maddi fayda gətirməsinə nail olan SAP müştəriləri təltif olunur.

SAP - korporativ tətbiqetmələr bazarında dünya liderlərindən biridir. Şirkət istənilən ölçülü və ixtisaslı təşkilatlara əlavə xidmətlər və ya direktorların məsləhəti, anbar və ya mağaza, masaüstü və ya mobil tətbiqetmələr ilə biznesini daha səmərəli qurmağa yardım edir.

SAP-ın xidmətləri və qərarlarından 345 mindən çox müştəri istifadə edir. Şirkətin qabaqcıl texnologiyası yüksək gəlirlilik, davamlı uyğunlaşma və davamlı artım təminatçısıdır.

Son xəbərlər

Orphus sistemi