SOCAR dəniz özüllərində yeni nasosların tətbiqinə başlayıb

SOCAR dəniz özüllərində yeni nasosların tətbiqinə başlayıb Mərkəzdənqaçma növlü nasosların dövrlər sayının tənzimlənməsi "Azneft" İstehsalat Birliyində ilk dəfə tətbiq olunur
Energetika
14 İyun , 2016 10:43
SOCAR dəniz özüllərində yeni nasosların tətbiqinə başlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft və Qazçıxarma İdarəsinin 4 nömrəli dərin dəniz özülündə istismar müddətini başa vurmuş nasoslar “Sulzer” OHH 6-4x6-16 tipli yeni nasoslarla əvəzlənərək istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki,bu nasoslar özüldə hasil olunan neftin “Neft Daşları”ndakı yığım parkına fasiləsiz nəqlinə şərait yaradıb. 

"Yeni nasosların əvvəlkilərdən fərqi dövrlər sayının avtomatik tənzimlənməsidir. Mərkəzdənqaçma növlü nasosların dövrlər sayının tənzimlənməsi “Azneft” İstehsalat Birliyində ilk dəfə tətbiq olunur. Hazırda “Sulzer” markalı nasosların digər dəniz özüllərində tətbiqi istiqamətində də işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi