Yuxarı

SOCAR: Dəniz obyektlərinin elektrik təchizatı yaxşılaşdırılır

Çilov adasının ətrafında yerləşən dəniz özülləri arasındakı sualtı elektrik kabelləri təmir edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ "28 May" adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi istehsalat obyektlərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə elektrik quraşdırma işləri davam etdirilir, yeni kabel xətləri çəkilməklə yanaşı, istismara yararsızlar təmir olunur.

Bu günlərdə Çilov adasının ətrafında yerləşən 123, 80 və 95 saylı dəniz özülləri arasındakı sualtı elektrik kabelləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neftqaztikinti” Tresti tərəfindən əsaslı təmir edilib və istismara verilib. Elektrik təchizatı sisteminin yenidən qurulması işləri zamanı ümumi uzunluğu 2 kilometrə yaxın HXJLMKPY-IV markalı 6 kV-luq sualtı kabel xətti çəkilib, 30 ədəd polad dayaq quraşdırılıb və sınaq yoxlama işləri aparılıb.                              

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi