SOCAR-da xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilib

SOCAR-da xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilib 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 6 iddiaçının namizədliyinə baxılıb
Energetika
20 İyun , 2017 11:26
SOCAR-da xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilib
Socar.az

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və İsveçrə universitetlərində neft, kimya mühəndisliyi, biznesin idarə edilməsi ixtisasları üzrə magistr və bakalavr təhsilini başa vurmuş 4 məzunun hesabat xarakterli təqdimatı dinlənilib. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə məlumat veriblər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilibr. İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 6 iddiaçının namizədliyinə də baxılıb. 

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 24 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 255 nəfər təhsilini başa vuraraq geri qayıtmış və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar. 

Son xəbərlər

Orphus sistemi