SOCAR-da Qazaxıstanın Milli Rifah Fondunun nümayəndə heyəti ilə görüş olub

SOCAR-da Qazaxıstanın Milli Rifah Fondunun nümayəndə heyəti ilə görüş olub Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin əsas səhmdarı ''Samruk-Kazına” Milli Rifah Fondu SC-nin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul ed
Energetika
2 İyul , 2021 18:14
SOCAR-da Qazaxıstanın Milli Rifah Fondunun nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin əsas səhmdarı ''Samruk-Kazına” Milli Rifah Fondu SC-nin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, nümayəndə heyətinin tərkibində “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, fondun və şirkətin rəhbər şəxsləri təmsil olunub.

R.Abdullayev ”KazMunayGaz”la həyata keçirilən birgə layihərlə bağlı məlumat verib, geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs edib. O qeyd edib ki, əməkdaşlığı genişləndirmək, o cümlədən neft-qaz layihələrində birgə işləmək üçün böyük perspektivlər mövcuddur. Əlverişli imkanlardan biri kimi Azərbaycanın boru kəmərlərindən və digər infrastrukturlarından istifadə etməklə qazax neftinin dünya bazarlarına çıxarılması qeyd olunub. Görüşdə həmçinin SOCAR-ın CDC şirkətinin öz bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçdiyi və qurğunun yaxın günlərdə Dayazsulu Abşeron layihəsi çərçivəsində qazma işlərinə başlayacağı da qeyd edilib.

A.Satkalıyev isə Qazaxıstanın birgə biznes layihələrinin potensialından söz açmış, son dövrdə əməkdaşlığın yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb, ölkəsinin gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlığa maraqlı olduğunu qeyd edib.

SOCAR TOWER ilə tanış olan qonaqlar Neft muzeyində və istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzində olublar.

Qonaqlar ''Kaspian Drilinq Kompani Limited'' MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət ediblər. SOCAR və bp şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Sətti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilib. Sonra nümayəndə heyəti “Sətti” qurğusunda görülmüş təkmilləşdirmə işləri ilə tanış olub. Əməliyyat dövründə qurğu üzərində menecmenti CDC şirkəti həyata keçirəcək.

Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən “KazMunayGaz” ın səhmlərinin 90%-ni ”Samruk-Kazına”ya, 10%-i isə ölkənin Milli Bankına məxsusdur. Şirkət 2002-ci ildə yaradılıb, onun tərkibində 190-dan çox təşkilat birləşib.

Son xəbərlər

Orphus sistemi