Yuxarı
    Bağlamaq

    SOCAR-da insan həyatının mühafizəsi üzrə təlim kursları keçirilib

    Kursları şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi təşkil edib

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatı”nın (OPITO) standartlarının tələblərinə uyğun olaraq, SOCAR əməkdaşları üçün “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq” (BOSIET) üzrə təlim kursu keçirilib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, kurs ərzində dinləyicilərə dənizdəki neft və qaz qurğuları ilə bağlı spesifik ümumi təhlükələr barədə məlumat verilib, həmin təhlükələr üzrə potensial riskləri müəyyənləşdirmək, onların aradan qaldırılmasına və ya azaldılmasına nəzarət etmək sahəsində bacarıqlar aşılanıb.

    Dinləyicilər dənizdə əsas təhlükəsizlik texnikası qaydalarını və əməyin mühafizəsinin idarə edilməsinə dair ilkin konsepsiyaları öyrənib, texniki təhlükəsizlik avadanlıqlarından istifadə bacarığına yiyələniblər. Kurslarda vertolyotla bağlı fövqəladə hallara hazırlıq və suya məcburi eniş edən vertolyotun tərk edilməsinə aid prosedurlar, dənizdə sağqalma və ilk tibbi yardım texnikaları, ilkin yanğınsöndürmə avadanlığından, həmçinin görmə qabiliyyəti aşağı olan vəziyyətlərdə, o cümlədən tüstü ilə dolmuş ərazilərdə özünüxilasetmə texnikasından istifadə qaydaları nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi