Yuxarı
    Bağlamaq

    SOCAR-da IBM nümayəndə heyəti ilə görüş keçirilib

    Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparıl

    Bakı. 14 fevral. REPORT.AZ/ SOCAR-ın prezidenti Rövnəq Abdullayev IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementini qəbul edib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycanın həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf və tərəqqi strategiyası çərçivəsində qazandığı uğurlardan söz açıb, respublikanın regionun lider dövləti olduğunu qeyd edib, ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrindən danışıb. SOCAR-ın bu layihələrdə Azərbaycan dövlətini təmsil etdiyini söyləyən Rövnəq Abdullayev şirkətin öz fəaliyyətində daim innovativ texnologiyalara üstünlük verdiyini, neftin-qazın kəşfiyyatı, hasilatı, emalı və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirib, bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə məhsuldar, effektiv tərəfdaşlığın qurulduğunu qeyd edib, IBM ilə yaranan münasibətlərin genişlənməsini yüksək qiymətləndirib.

    IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi öz növbəsində deyib ki, təmsil etdiyi şirkət yarandığı gündən beynəlxalq bir qurum kimi fəaliyyət göstərir, dünyanın bir çox ölkələrində irimiqyaslı layihələr həyata keçirir və bu sahədə zəngin təcrübəyə malikdir. Qabaqcıl enerji şirkətləri, o cümlədən BP, Shell, Chevron, ExxonMobil, Statoil, OMV və digərləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlamasını əlamətdar hadisə adlandıran qonaq SOCAR-IBM tərəfdaşlığının dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcəyinə və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcəyinə əminliyini qeyd edib.

    Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi