Yuxarı

SOCAR-da “Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi” layihəsi həyata keçirilir

Layihənin məqsədi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində yaradıcı təkliflərin toplanmasıdır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət neft Şirkətində (SOCAR) istehsal prosesində yaranan itkilərin aradan qaldırılması, xərclərin azaldılması və əməliyyat fəaliyyəti səmərəliliyinin artırılması, əməyin təhlükəsizliyi səviyyəsinin qaldırılması və s. üzrə ideyaların mütəşəkkil qəbulunu təmin edən “Fasiləsiz Təkmilləşmə Sisteminin (FTS) Tətbiqi” layihəsinə başlanıb. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumatda deyilir ki, bu layihənin məqsədi SOCAR-da fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində yaradıcı ideyaların və təkliflərin Şirkətin əməkdaşlarından toplanması, təhlili və tətbiq edilməsi, əməkdaşlarda “Qənaətcil istehsal” alətlərinin tətbiqi sahəsində peşəkarlığın inkişaf etdirilməsi yolu ilə onların mentalitetinin dəyişdirilməsidir.

Bütövlükdə SOCAR-ı əhatə edəcək layihənin tətbiqi üzrə Nəqliyyat İdarəsinin bazasında 15 avqust 2016-cı il tarixdən etibarən pilot layihənin həyata keçirilməsinə başlanılmış və 31 dekabr 2016-cı il tarixə başa çatdırılması planlaşdırılır.

SOCAR-ın strukturuna daxil olan digər qurumlarda da “Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi” layihəsinin tətbiqinə 1 fevral 2017-ci il tarixində başlanılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi