Yuxarı
    Bağlamaq

    ​SOCAR-da "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası" üzrə kurs keçirilib

    Dinləyicilər öz müəssisələrində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartının tətbiq olunmasında iştirak edəcəklər

    Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 22-24-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində şirkətin idarə və təşkilatlarından çəlb olunmuş 22 nəfər üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” beynəlxalq standartı (OHSAS 18001) üzrə kurs keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Kurs zamanı iştirakçılara OHSAS 18001 idarəetmə sistemi haqqında məlumat verilib. Məlumata görə, milli qanunvericilik aktlarına və normativ sənədlərə əsaslanaraq müəssisə üzrə əmək şəraitinin və bütün növ risklərin müəyyən edilərək qiymətləndirilməsi, onların təhlili və idarə olunması, əməyin təhlükəsizliyi sahəsində risklərin minimuma endirilməsi, qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi ilə davamlı inkişafın əldə edilməsi standartın əsasını təşkil edir.

    Kursun sonunda keçiriləcək imtahanı müvəffəqiyyətlə verən dinləyicilərə sertifikatlar təqdim olunacaq. Beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” standartının tətbiq olunmasında iştirak edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi