Yuxarı

​SOCAR-da ekoloji-sanitar vəziyyət haqqında hesabat müzakirə edilib

Monitorinq qrupu ilə seminar-müşavirə keçirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi şirkətin müəssisə və təşkilatlarında aparılmış monitorinqlərin nəticələrinə həsr olunmuş seminar-müşavirə keçirib. "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirədə ekoloji-sanitar vəziyyət haqqında hesabat müzakirə edilib.

Müzakirələrdə monitorinq qrupu tərəfindən istehsal prosesinin gedişində ətraf mühit və sanitar-gigiyenik məsələlərə dair operativ məlumatların əldə edilməsi, ümumiləşdirilməsi, təhlil edilməsi və hesabatın hazırlanması haqqında məlumat verilib.

Mövcud çatışmazlıqlar, onların aradan qaldırılması, o cümlədən ekoloji problemlərin daha ətraflı araşdırılması yolları haqqında fikir mübadiləsi aparılıb, təqdimatlar keçirilib. Təqdimatlarda neft-qaz sənayesində kəşfiyyat və axtarış, qazma, istismar, emal, nəql proseslərində ekoloji aspektlərin effektiv qiymətləndirilməsi, tullantıların idarə edilməsi, atmosferə atılan səmt qazlarının monitorinqi, enerji səmərəliliyin artırılması, tərkibində polixlorbifenil maddələri olan avadanlıqların inventarlaşdırılması, müəssisə və təşkilatlarda "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna əsasən sanitar-gigiyenik rejimin yoxlanması, neft dağılmalarına qarşı cavab tədbirləri, təmizləyici qurğu və avadanlıqların vəziyyətinin təhlili məsələləri əksini tapıb.                              

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi