​SOCAR-da Abu Dabi Neft İnstitutunun prezidenti ilə görüş olub

​SOCAR-da Abu Dabi Neft İnstitutunun prezidenti ilə görüş olub Xalik Məmmədov SOCAR və onun tərkibində fəaliyyət göstərən ali məktəbin qarşılıqlı əməkdaşlığa hazır olduğunu qeyd edib
Energetika
3 May , 2016 17:59
​SOCAR-da Abu Dabi Neft İnstitutunun prezidenti ilə görüş olub

Bakı. 3 may. REPORT.AZ/ Bu gün SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Abu Dabi Neft İnstitutunun prezidenti dr. Tomas Con Qlas Hoçstetleri qəbul edib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

X.Məmmədov SOCAR-ın fəaliyyəti, həyata keçirdiyi qlobal və regional əhəmiyyətli layihələr haqqında qonağa məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı Ali Neft Məktəbinin 4 ildir ki, SOCAR-ın tərkibində fəaliyyət göstərdiyini söyləyən Xalik Məmmədov bu ali təhsil ocağının yaranma zərurətindən və əldə etdiyi uğurlardan söz açıb, BANM-in “Herriot Watt” universitetlər sistemi şəbəkəsində özünə yüksək mövqe qazandığını söyləyib.

O, məktəbin professor-müəllim heyəti tərəfindən yeni tipli və yüksək keyfiyyətli tədris proqramları və dərsliklər yaradıldığını vurğulayıb, BANM-in nəzəriyyə ilə təcrübənin vəhdətinə əsaslanan spesifik tədris üslubuna malik bir ali təhsil ocağı olduğunu bildirib.

Qəbul üçün təşəkkürünü bildirən Abu Dabi Neft İnstitutunun prezidenti dr. Tomas Con Qlas Hoçstetleri rəhbərlik etdiyi universitetin 2000-ci ildən fəaliyyət göstərdiyini söyləyib və BANM ilə əməkdaşlıq perspektivlərindən söhbət açıb.

Xalik Məmmədov SOCAR və onun tərkibində fəaliyyət göstərən BANM-in qarşılıqlı əməkdaşlığa hazır olduğunu qeyd edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi