SOCAR-da 13 minə yaxın gənc çalışır

SOCAR-da 13 minə yaxın gənc çalışır Bakı.2 fevral. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müxtəlif strukturlarında 12 578 gənc çalışır.
Energetika
2 Fevral , 2018 13:53
SOCAR-da 13 minə yaxın gənc çalışır

Bakı.2 fevral. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müxtəlif strukturlarında 12 578 gənc çalışır.

“Report” şirkətə istinadən xəbər verir ki, indiyədək 293 gənc SOCAR-ın Xarici Təqaüd Proqramını qazanıb. Bu proqramı qazanan şəxslərin 211 nəfəri şirkətdə işlə təmin edilib.

İndiyədək 1 988 tələbə SOCAR-ın Daxili Təqaüd Proqramının təqaüdçüsü olub. Daxili Təqaüd Proqramını qazananlardan 209 nəfəri SOCAR-da işlə təmin edilib. Bakı Ali Neft Məktəbində 577 bakalavr, 17 magistr təhsil alır. SOCAR-ın Təlim Mərkəzlərində 95 489 nəfər peşələrə yiyələnib. SOCAR 100 nəfər internat məzunu gəncə təhsil və iş verib.

Son xəbərlər

Orphus sistemi