Yuxarı

SOCAR Ceyhan limanından neft ixracını artırıb

Ötən ay Aralıq dənizi limanından neft ixracı 46% çoxalıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 273 708 ton xam neft ixrac edib. Bu isə ötən ilin avqust ayından 46% çoxdur. 

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

Ümümilikdə, yanvar-avqust ayları ərzində Ceyhan limanından 11 379 588 ton xam neft ixrac edilib. Bu isə ötən ilin müvafiq dövründən 1% çoxdur.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi