SOCAR Ceyhan limanından 8 mln. ton xam neft ixrac edib

SOCAR Ceyhan limanından 8 mln. ton xam neft ixrac edib İyun ayındakı ixrac ötən ilin iyun göstəricisindən 7% çoxdur
Energetika
3 İyul , 2017 17:06
SOCAR Ceyhan limanından 8 mln. ton xam neft ixrac edib

Bakı. 3 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 8 126 315 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 429 248 tonu iyun ayında həyata keçirilib.

Bu ilin 6 ayı ərzində Ceyhan limanından ixrac olunan xam neftin həcmi illik müqayisədə 4,8% azalıb, iyun ayındakı ixrac isə ötən ilin iyun ayından 6,6% çoxdur.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi