SOCAR büdcə ödənişini 19% artırıb

SOCAR büdcə ödənişini 19% artırıb SOCAR yanvar-may aylarında büdcəyə 669,888 mln. manat vəsait ödəyib
Energetika
9 İyun , 2017 10:57
SOCAR büdcə ödənişini 19% artırıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-may aylarında büdcəyə 669,888 mln. manat vəsait ödəyib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107,107 mln. manat və ya 19% çoxdur.

Şirkət tərəfindən beş ayda həyata keçirilən büdcə ödənişinin 139,586 mln. manatı may ayının payına düşüb. Bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21, 780 mln. manat və ya 18,5% çoxdur.

Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,945 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 5,7% çoxdur. Bu ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62,460 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5,101 mln. manat və ya 8,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi