SOCAR bu il Supsa limanından 1,75 mln. ton xam neft ixrac edib

SOCAR bu il Supsa limanından 1,75 mln. ton xam neft ixrac edib Bu həcmin 172 138 tonu sentyabr ayında ixrac olunub
Energetika
2 Oktyabr , 2017 18:01
SOCAR bu il Supsa limanından 1,75 mln. ton xam neft ixrac edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 1 751 811 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 172 138 tonu sentyabr ayında ixrac olunub.

Bu ilin 9 ayında isə Supsa limanından neft ixracının həcmi ötən ilin müvafiq dövründən 5,5% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi