SOCAR bu il Azərbaycanda iki yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

SOCAR bu il Azərbaycanda iki yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il ölkədə “SOCAR” brendi ilə 2 yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
Energetika
19 İyun , 2019 12:44
SOCAR bu il Azərbaycanda iki yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il ölkədə “SOCAR” brendi ilə 2 yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

“Hazırda “SOCAR Petroleum” QSC-yə məxsus müasir standartlara cavab verən 29 yanacaqdoldurma məntəqəsinin 5-də CNG məntəqəsi, o cümlədən 1 CNG terminalı fəaliyyət göstərir. 2019-cu ilin sonuna kimi 2 yeni yanacaqdoldurma məntəqəsi də açılaraq istifadəyə veriləcək”,- məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi