SOCAR bu il 400 min tondan çox dizel yanacağı ixrac edib

SOCAR bu il 400 min tondan çox dizel yanacağı ixrac edib Ötən ay “BTC FOB Ceyhan” tipli xam neft 57,05 dollara satılıb
Energetika
2 Oktyabr , 2017 18:15
SOCAR bu il 400 min tondan çox dizel yanacağı ixrac edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında 37 646 ton dizel yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay 7 528 ton təyyarə yanacağı, 890 ton mütləqləşdirilmiş izopropil spirti, 112 ton maye piroliz qətranı, 596 ton propilen və 598 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində 401 158 ton dizel yanacağı, 33 582 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 265 ton yüksək təzyiqli polietilen, 9 107 ton mütləqləşdirilmiş izopropil spirti, 46 985 ton maye piroliz qətranı, 29 249 ton propilen və 21 616 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 575,01 ABŞ dolları/ton, təyyarə yanacağı - 539,99 dollar/ton, dizel yanacağı - 505,99 dollar/ton, 1%-li kükürdlü mazut - 317,18 dollar/ton, yüksək təzyiqli polietilen - 1 219 dollar/ton, butilen butadien fraksiyası - 628,77 dollar/ton, maye piroliz qətranı - 575,01 dollar/ton, propilen - 830 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 1 450 avro/ton təşkil edib.

Sentyabr ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 56,05 dollara, “Urals” nefti 54,17 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 57,05 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi