SOCAR bu il 26 min metrdən çox qazma aparıb

SOCAR bu il 26 min metrdən çox qazma aparıb Bu il 10 yeni quyu təhvil verilib
Energetika
5 aprel 2016 06:36
SOCAR bu il 26 min metrdən çox qazma aparıb

Bakı. 5 aprel.REPORT.AZ/Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 26 409 metr qazma işi görülüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.

Bu ilin üç ayında SOCAR tərəfindən aparılan qazma işlərinin 9 556 metri mart ayı ərzində həyata keçirilib.

Bundan əlavə, mart ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 10 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Orphus sistemi